Moskvada bina yanıb

Moskvada yeni tikilən binanın bodrum mərtəbəsində çıxan yanğında 10 adam ölüb, 13 adam yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyindən verilən mləlumata görə, ölənlər binada qalan inşaat işçiləri olub.

Binanı inşa edən məsul şirkət tikintini ötən ilin iyun ayında sona çatdırmalı imiş. Şirkət spikeri Marina Qaza bildirib ki, həqiqətən də binanın tikintisi sona çatıb. Yanğın nəticəsində ölənlərsə onun işçiləri olmadığını deyib. Bildirilib ki, şirkət qəzanın necə baş verdiyini və ölənlərin şəxsiyyətini təsbt edəcək .

Mütəxəssislər isə yanğında çox ölünün olmasını təhlükəsizlik qaydalarının zəyif olmasilə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə