Ermənistan prezidenti sülh nəğmələri ilə nəyə nail olmağa çalışır?
Sarkisyan yenə sərsəmlədi

Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan prezident seçkilərinin təbliğat kampaniyası çərçivəsində bəyanatında növbəti dəfə sərsəmləyib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezideni çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. Onun həyasızlığı o həddə çatıb ki, prezident ölkəsinin 90-cı illərdə Qarabağda birinci olaraq müharibəyə başlamadığını deməkdən də çəkinməyib. O, ölkəsinin aqressor adlandırılmasından da təəccübləndiyini bildirib. Ermənistan dövlət başçısından bu cür qeyri-ciddi bəyanatlar eşitmək əslində o qədər də gözlənilməz deyil.

Bu həmin S. Sarkisyandır ki, bir qədər əvvəl müsahibəsində azərbaycanlılara qarşı düşmənçilik hissi bəsləmədiyini bildirmişdi. Görünür ya Serj Sarkisyan həyasızlığı ən yüksək həddə çatıb, ya da ki o, yaddaşını itirir. Əgər ikincidirsə onda Sarkisyanın yadına salaq ki, o, Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryan və digərləri ilə birlikdə Dağlıq Qarabağda dinc əhaliyə qarşı silah çəkənlərdən olub.

Ermənistanın başında dayanan şəxs azərbaycanlı qadınları və uşaqları öldürərək onları öz doğma torpaqlarından çıxmağa məcbur edib. İndi Sarkisyanın sülh nəğmələri oxuması və dostluqdan dəm vurması başa düşüləndir. O, Dağlıq Qarabağı aldıqlarını və bu problemi arıq həll etdiklərini düşünür. Ancaq Sarkisyan unutmamalıdır ki, haqq bizim tərəfimizdədir və hələ Dağlıq Qarabağ uğrunda mübarizə yekunlaşmayıb. Bu torpaqlar uğrunda şəhid olanların qanı alınacaq. Qarabağda yaşayan insanlar isə gec-tez öz torpaqlarına qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə