Malikiyə qarşı etirazlar başlayıb

Malikiyə qarşı etirazlar başlayıb

İraqın bir çox şəhərində bu gün baş nazir Nuri Əl Maliki rejiminə qarşı "Dönüş yox cüməsi" adı altında etiraz aksiyaları keçirilir. SİA-nın xarici mətbuata itinadən verdiyi xəbərə görə, Bağdad, Kərkük, Samirə, Ramadi və Fəllucədə etiraz aksiyalarında milyonlarla insanın iştirak etməsi gözlənilir.

Fəllucə şəhərindəki aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 3 nümayişçi ölüb, 10-a yaxını yaralanıb. Şahidlər təhlükəsizlik qüvvələrinin əvvəlcə havaya atəş açdığını, nümayişçilərin yaxınlaşmasından və bir zirehli avtomobili yandırmasından sonra isə silahları birbaşa onlara tuşladığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə