Döyüş təyyarələri lazer müdafiəsi ilə təmin olunacaq

Döyüş təyyarələri lazer müdafiəsi ilə təmin olunacaq

Təyyarənin arxa yarımkürədən gözlənilən hücumlardan müdafiəsinə xidmət edən lazer tureli hərbi aviasiyanın yaşamaq qabiliyyətini əhəmiyyətli şəkildə artırır. Düşmən təyyarəsinin quyruğundan asılıb qalmaq yaxın gələcəkdə qırıcı təyyarənin pilotu üçün olduqca təhlükəli məşğuliyyətə çevriləcəkdir. "DARPA" Müdafiə təyinatlı elmi araşdırmalar agentliyi Lockheed Martin şirkəti ilə təyyarələrin lazer müdafiə sisteminin işlənib hazırlanmasına dair 9,5 milyon dollar həcmində müqavilə imzalayıb.

Hazırda bəzi bombardmançı təyyarələr və hərbi-nəqliyyat təyyarələri arxa tərəfdən top qurğuları ilə təchiz olunub. Lazer şüaları əsasında hazırlanan oxşar müdafiə sisteminin çox səmərəli olacağı vəd edilir. Müdafiə lazeri müvafiq optik sistemlə təchiz olunacaqdır.

Bağlanmış müqavilə çərçivəsində turelin və optik sistemin prototipinin işlənib hazırlanması, onun aerodinamik boruda sınaqdan keçirilməsi və təyyarədə müdafiə lazeri prototipinin quraşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə