İrəvanın mərkəzində atışma

Kafedə 13 nəfər silahlı şəxs saxlanılıb
İrəvanın mərkəzində atışma

Ötən gecə Ermənistan paytaxtı İrəvanın mərkəzində növbəti dəfə atışma olub. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, dünən gecə saat 23.00 radələrində paytaxtın Abovyan küçəsində yerləşən kafelərin birində 13 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Onlardan "Makarov" tapançası, "Auto" qaz tapançası, 9 mm kalibrli 6 patron götürülüb. Məlum olub ki, kafedə 2 atəş açılıb, hadisə yerindən 1 ədəd giliz götürülüb. Bütün saxlanılanlar məsuliyyətə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə