Dünyanın ən böyük aeroportu tikiləcək

Türkiyə dünyanın ən iri aeroportunu tikməyə hazırlaşır
Dünyanın ən böyük aeroportu tikiləcək

İstanbulda dünyanın ən böyük aeroportu tikiləcək. SİA-nın məlumatınal görə, bu haqda Türkiyənin nəqliyyat naziri Binali Yıldırım məlumat verib. Onun sözlərinə görə, yeni hava qovşağının sərnişin tutumu illik 150 mln nəfər təşkil edəcək.

İstanbulun Avropa hissəsində Qara dəniz sahilində tikiləcək yeni hava limanına ayrılmış torpağın sahəsi 77 mln kv.metrdir. Tikinti podratçısının seçilməsi üzrə tender Türkiyə hakimiyyəti tərəfindən elan olunacaq. Daha əvvəl nazir B.Yıldırım layihənin ümumi dəyərini 5,6 mlrd dollar olaraq qiymətləndiririb.

Qeyd edək ki, buraxılış qabiliyyətinə görə, hazırda dünyanın ən iri Hava Limanı Atlantda (ABŞ) yerləşir: 2011-ci ildə o, 81 milyondan çox sərnişin qəbul etmişdir. Hazırda Türkiyənin ən iri aeroportu illik 45 mln sərnişin qəbul edə bilmə imkanı olan İstanbulun Atatürk Hava Limanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə