Daha bir avtoritetin həyatına son qoyuldu

Daha bir avtoritetin həyatına son qoyuldu

57 yaşlı avtoritet "Merab Kutaisskiy" dünyasını dəyişdi

Rusiyada qətlə yetirilən məşhur avtoritet Aslan Usoyan, onun ardınca Abxaziyada öldürülən Astamur Quliyandan sonra kriminal aləmdə daha bir "qanuni oğru"nun öldürülməsi xəbəri yayılıb.

Bu artıq kriminal aləmdə həftə ərzində qeydə alınan üçüncü ölüm faktıdır. Kutaisidən olan və daha çox Mafiya, Merab Kutaisskiy ləqəbi ilə tanınan 57 yaşlı avtoritet Teymuraz Sinataşvili dünən Moskva klinikalarından birində dünyasını dəyişib.

Qeyd edək ki, dəfələrlə mühakimə olunan Teymuraz Sinataşvili Kutaisi oğru ailəsinin nüfuzlu ideoloqlarından hesab edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə