Universitetdə yanğın baş verib

Bu gecə Türkiyənin İstanbul şəhərindəki Qalatasaray Universitetinin binasında yanğın baş verib. SİA-nın Anadolu xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində universitetin binasına ciddi ziyan dəyib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib. 4 saatlıq əməliyyatdan sonra yanğın nəhayət söndürülüb.

Qeyd edək ki, hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə