Tiflis Beynəlxalq Aeroportu xəbəri təkzib etdi

Tiflis Beynəlxalq Aeroportu xəbəri təkzib etdi

Tiflis Beynəlxalq Aeroportunun mətbuat katibi "Ded Xasan" ləqəbli, avtoritet Aslan Usoyanın cəsədini qəbul etmədikləri faktını təsdiqləməyib. SİA-nın məlumatına görə, bildirilib ki, 16 yanvar tarixində Moskvada yaralanmış və daha sonra xəstəxanada vəfat etmiş Usoyanın cəsədinin Tiflis Beynəlxalq Aeroportuna, ümumilikdə isə Tiflisə aparılacağı barədə Aeroporta heç bir məlumat və tapşırıq verilməyib.

Qeyd edək ki, Aslan Usoyanın qohumları onu Tiflisdə dəfn etmək istəyirdilər. Rusiya mətbuatının verdiyi xəbərə görə, isə onun cəsədi Gürcüstana xüsusi təyyarə reysi ilə aparılmalıydı. Təyyarə Moskvanın Vnukovo-3 hava limanından havaya qalxıb və Donetskdə planlı eniş edib. Orada gömrükçülər təyyarəyə növbəti dəfə baxış keçiriblər. Hava limanının texniki xidməti təyyarəyə yanacaq vurublar. Sonradan cənazə Tiflisə aparılmalı olsa da, Gürcüstan tərəfi göyərtəsində 29 nəfərin olduğu təyyarənin qəbulundan imtina edib və təyyarə yenidən Donetskə qayıdıb. Hazırda Moskvaya uçuş variantı nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə