Meksikanın şimalındakı Duranqo ştatında 150-dən çox polis əməkdaşı mütəşəkkil cinayətkarlıqda şübhəli bilinərək həbs olunub. SİA-nın BBC Russian-a istinadən verdiyi xəbərə görə, ştatın Qomes-Palasio və Lerdo şəhərlərində ictimai təhlükəsizliyə görə cavab verən məmurlar da həbs olunub.
Əməliyyatda hərbçilər hər iki şəhərdə polis bölmələrini mühasirəyə alıblar. Bu yaxınlarda prezident seçilmiş Enrike Penya Nyeto bildirib ki, korrupsiya ilə mübarizə onun administrasiyasının əsas prioritetlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB