Türkiyə mətbuatı bu gün Mehmet Ali Biranda vida edir. Usta jurnalist və teleaparıcı bu gün İstanbulda dəfn ediləcək. SİA-nın CNN Türk-ə istinadən verdiyi məlumata görə, tanınmış jurnalistlə vida mərasimi yerli vaxtla saat 10.00-da illərdir çalışdığı Doğan TV binasında olacaq.
Daha sonra cənazə Teşvikiye məscidinə aparılacaq. Cənazə namazından sonra Mehmet Ali Birand ailə qəbiristanlığında dəfn ediləcək.
Dənf mərasimində Türkiyə prezidenti Abdullah Gül, CHP lideri Kamal Kılıçdaroğlu, baş nazirin müavini Bülent Arınç, Avropa Birliyi naziri Egemen Bağış və Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyin Çelik də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB