İran son dövrlərdə kosmos sahəsində atdığı sürətli addımlarla diqqətləri üzərinə çəkə bilib. Sia-nın verdiyi məlumata görə, ölkə indi də kosmosa meymun göndərməyə hazırlaşır.
İran Kosmos Agentliyi Başçısı Hamid Fazeli verdiyi açıqlamada bildirib ki, meymun kosmosa İslam İnqilabının ildönümü olan 11 fevralda göndəriləcək. Hamid Fazeli bu səfərin ölkəsinin digər daha böyük kosmos layihələri üçün hazırlıq xüsusiyyətində olduğunu vurğulayıb.
O açıqlamasında qeyd edib ki, əgər kosmosa meymun göndərmə layihəsinin müvəffəqiyyətlə başa çatarsa 2020-ci ildə kosmosa insan göndərəcəklərini planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB