İranın ibrət dərsi: Göz önündə edam!

İranın ibrət dərsi: Göz önündə edam!

Ötən gün İranda 4 nəfər edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2 nəfər narkotik maddələrin qaçaqmalçılığında, digərləri isə təcavüz etməkdə günahlandırılıb. Hər 4 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Onlardan təcavüz etməklə təqsirləndirilən şəxslərdən birinə ibrət olması üçün Səbzivar şəhərinin stadionunda əhalinin gözü qarşısında, digəri isə Məşhəd zindanında, qaçaqmalçılıqda günahlandırılanlarsa Şahrudda asılaraq edam olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə