Türkiyədən Amerikaya sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi sərt mövqe nümayiş etdirib
Türkiyədən Amerikaya sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Suriyadan qaçan ermənilərin Ermənistana getməsi üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması tələbi ilə bağlı Ağ Evin rəsmi internet səhifəsində aparılan imza toplama kampaniyasına öz etirazını bildirib, bunun ölkənin daxili qərarı olduğunu vurğulayıb.

Nazirlik rəsmisi Selçuk İnal, Amerika prezident administrasiyasının rəsmi saytında Ermənistan-Türkiyə sərhəddinin qeyd-şərtsiz Suriyadan qaçan ermənilərə açılması üçün başlanılan kampaniya ilə bağlı verdiyi açıqlamada, Türk millətinin dinindən,dilindən,irqindən və etnik mənşəyindən asılı olmayaraq çətinliklə üzləşən hər bir insana yardım əli uzatdığını qeyd edib.

Səlçuk İnal Türkiyənin zəlzələdən əziyyət çəkən Ermənistana humanitar yardım göndərən ilk ölkələrdən biri olduğunu, Ermənistandan Suriyaya göndərilən yardımın ehtiyacı olanlara çatdırılması üçün hər cür köməklik göstərdiyini və Suriyadan qaçan 150 mindən çox qaçqının ölkəsində məskunlaşdığını və çoxlu sayda erməninin də Türkiyə də daxil olmaqla müxtəlik yollardan Ermənistana aparıldıqlarını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə