İnanılmaz çökəkliklər

Çinin Hunan əyalətinə bağlı Lianyuan şəhərində olan bir kəndin torpaqları əsrarəngiz bir şəkildə dibə çöküb. SİA-nın verdiyi məlumata görə, son 5 ayda təsadüfən meydana gələn çökəkliklər bu bölgədə yaşayanları çox qorxudub. Bu ərazidə yaşayan 4 min insana bu çökəkliklər səbəbindən su verilə bilmir. Bölgənin infrastruktur xidmətlərini iflic edən çökəkliklər hətta bəzi evləri çökmə təklükəsi ilə qarşı-qarşıya qoyub. Səlahiyyətlilərin araşdırmaları nəticəsində 2 ailənin evinin çökdüyü bildirilib. Bütün bunlarla bərabər çökmələr haqqında maraqlı fərziyyələr də ortaya atılıb. İlk öncə çökməyə bölgədəki kömür mədənlərinin səbəb olduğu bildirilib. Lakin sonra hadisəni torpağın quruluşu ilə əlaqələndiriblər.

Qeyd edək ki, çökəklər səbəbilə yaxınlıqdakı çayların quruduğu və əmələ gələn yarıqların onlarla metr uzunluğunda olduğu da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə