Fransa prezidenti Fransua Olland Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı ordunun Malidə həyata keçirəcəyi əsas vəzifələrinə aydınlıq gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezident bildirib ki, Fransanın əsas məqsədi terror təcavüzlərinin qarşısını almaqdır. Fransa prezidenti həmçinin Malinin paytaxtı Bamako şəhərinin təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini də qeyd edib. O bunu Malinin paytaxtı Bamako şəhərində minlərlə fransalının yaşaması ilə əlaqələndirib: "Biz əmin olmalıyıq ki, bizim müdaxiləmiz sona çatdıqda, Malidə təhlükəsizlik və legitim hakimiyyət təmin olunacaq".
Fransa prezidenti hərbi müdaxilənin nə qədər davam edəcəyinə də aydınlıq gətirib: "Hərbi müdaxilə nə qədər lazımdırsa, o qədər də davam edəcək. Bu məqsədlə yaxın günlərdə Maliyə əlavə ordu birləşmələri göndəriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB