Rəsmi Paris müxtəlif bəhanələrlə PKK döyüşçülərini nə Türkiyəyə qaytarır, nə də həmkarları ilə əməkdaşlıq edir
Türkiyənin barələrində İnterpola məlumat verdiyi 350 PKK rəsmisindən 144-ü hələ də Fransada yaşayır. Rəsmi Ankaranın müraciətlərinə baxmayaraq Fransa hökuməti PKK üzvləri barədə nə məlumat verir, nə də onları ölkələrinə qaytarmaq niyyətindədir.
Qeyd edək ki, Avropa Birliyi PKK-nı terror təşkilatı elan etməsinə baxmayaraq Türkiyənin İnterpola qırmızı bülletenlə verdiyi 350 döyüşçüdən 144-ü Fransada təhlükəsizlik orqanları tərəfindən saxlanılır. Rəsmi Paris müxtəlif bəhanələrlə PKK döyüşçülərini nə Türkiyəyə qaytarır, nə də həmkarları ilə əməkdaşlıq edir.
Türkiyə mətbuatı hazırda Fransada saxlanılan PKK liderlərindən bəzilərinin adlarını açıqlayıb. Onlar Zübeyr Ayda, Nedim Sevən, Rıza Altun, Əli Heydər Kaytan, Nuriyyə Kesbir, Əbdürrəhman Çadırçı, Müzəffər Ayata, Sabri Ok, Remzi Kartal, Nizaməddin Toğuçdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB