ASİMDER rəhbəri ölümlə hədələnir

ASİMDER rəhbəri ölümlə hədələnir

Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni Soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey ermənilər tərəfindən təhdid edilir. Bu barədə məlumat verən dərnək rəhbəri bildirib ki, təkcə onun özü deyil, eləcə də ailəsi və kiçik yaşlı uşaqları ölümlə hədələnir: "Ermənilər qondarma erməni soyqırımının 100 illiyinə hazırlıq istiqamətində kampaniyaya başladıqları bir vaxtda biz də dərnək olaraq həm Türkiyədə, həm də beynəlxalq aləmdə erməni diasporunun bu fəaliyyətinə qarşı hərəkətə keçmişik. Bizim dərnək sözün əsl mənasında erməni diasporunun qarşısında bir maneəyə çevrilib. Ona görə də ermənilər bizi zərərsizləşdirmək istəyirlər".

ASİMDER rəhbəri deyib ki, ermənilərin ona qarşı olan təhdidlərinin digər bir səbəbi Türkiyədə mövcud olan erməni vəqflərinə yığılan gəlirlərin hansı istiqamətə xərcləndiyi barədə açıqlama tələb etməsidir: "Hazırda Türkiyədə yaşayan erməni icmasının 57 vəqfi, 21 məktəbi, 15 dərnəyi, 10 qəzet və jurnalı var. Həmçinin Türkiyədə ermənilərə məxsus 5 qəbirstanlıq mövcuddur. Türkiyədəki erməni vəqf və məktəblərinin illik gəliri milyonlarla dollar məbləğində hesablanmaqdadır. Biz dərnək kimi həmin vəsaitin hara xərcləndiyini sual etdiyimiz üçün Türkiyədəki erməni icması bundan narahat olur. Eyni zamanda dərnək rəhbəri olaraq Türkiyənin müvafiq nazirliklərinə bununla bağlı suallar ünvanladığım üçün Türkiyədəki ermənilər məni hədəf götürüblər. Onlar məni, ailəmi, hətta uşaqlarımı təhdid edir, ev telefonuna zəng edərək ölümlə hədələyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə