Rusiyanın Ortodoks Kilsəsinin keşişi Dmitri Smirnov uşağı olmayan ailələrdən vergi alınmasını təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Smirnov alınan verginin kimsəsiz uşaqları övladlığa götürən ailələrə kömək olaraq hesablarına köçürülməsini də irəli sürüb: "Uşağı olmayan və ya az uşaqlı ailələrdən vergi alınmasını təklif etdim. Əgər ailə uşaq dünyaya gətirmək barəsində neqativ fikirlidirsə o zaman vergi ödəsin. Bu vergidən əldə edilən məbləğ isə kimsəsiz uşaqları övladlığa götürən ailələrə dəstək üçün sərf olunsun".
Amerikanı da nümunə göstərən Smirnov: "Niyə Amerikada uşaqlar övladlığa götürülür? Çünki, dövlət övladlığa götürülən uşaqların rahat həyat yaşaması üçün ailələrə dəstək olur"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB