Uqo Çavesin qardaşı məlumatları təkzib etdi

Uqo Çavesin qardaşı məlumatları təkzib etdi

Venesuela prezidenti Uqo Çavesin qardaşı, Barinas ştatının qubernatoru Adan Çaves dövlət başçısının komaya düşməsi barədə yayılan xəbərləri təkzib edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Uqo Çavesin qardaşı Venesuela dövlət başçısının getdikcə özünü daha yaxşı hiss etdiyini bildirib.

"Sosial şəbəkələrdə və başqa mənbələrdə prezidentin koma vəziyyətinə düşməsi və qohumların onu süni yaşama aparatından ayırmaq niyyətində olması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil", - deyə Adan Çaves jurnalistlərə bildirib.

Xatırladaq ki, Çaves hazırda Kubada keçirdiyi onkoloji əməliyyatdan sonra müalicə kursu keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə