Mədəniyyət naziri Oreli Filippeti bildirib ki, ölkə vətəndaşlığını tərk etməzdən əvvəl bu barədə ətraflı götür-qoy etməlidir
Fransanın mədəniyyət naziri Oreli Filippeti bir müddət əvvəl ölkəni tərk edərək Rusiya vətəndaşlığına keçən məşhur aktyor Jerar Depardyenin ölkəyə qayıtmasını məsləhət görüb. Ötən gün bu barədə açıqlama verən Filippeti bildirib ki, Depardyenin ölkə vətəndaşlığını tərk etmək istəyi düzgün qərar deyil. Onun sözlərinə görə, fransalı aktyor bu barədə əvvəlcə ətraflı götür-qoy etməlidir.
"Fransa xalqı Jerar Depardyenin aktyorluq istedadına heyrandır. Bu barədə söhbət belə gedə bilməz. Lakin onun Fransanı tərk etməsi düzgün deyil. Bütün Fransa onu sevir. Hər bir insan kimi Depardyenin də səhv etmyə haqqı var. Ümid edirəm ki, o Fransa vətəndaşlığından imtina etmədən öncə bu barədə ətraflı düşünəcək. O, geri qayıdarsa, onu qarşılamağa hazıram ", - deyə Filippeti sözlərini ifadə edib.
Filippeti, həmçinin, qeyd edib ki, o, vəziyyətlə bağlı aktyorun yaxın dost və qohumları ilə əlaqə yaradıb. Onun sözlərinə görə, hamı Depardyenin Fransa vətəndaşlığını tərk etməklə bağlı qərarını qınıyır və onu bu fikirdən daşındırmağa çalışır.
Onu da qeyd edək ki, Depardyenin ölkəni tərk etməsinə səbəb prezident Fransua Olandın illik gəliri 1 milyon avrodan çox olan vətəndaşlara 75 faiz vergi tədbiq edilməsi qərarı olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB