Baş nazirin özündən böyük hədiyyəsi FOTO

Baş nazirin özündən böyük hədiyyəsi FOTO

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Nigerə səfəri zamanı dəvə hədiyyə edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Nigerin məşhur Tuareg qəbiləsi Ərdoğana dəvə bağışlayıb.

Ərdoğan salınması əvvəlcədən nəzərdə tutulan Niger-Türk dostluq meşəsinə Türkiyədən gətirilən ağac tinglərini əkib. Ağacların əkilməsi mərasimində maraqlı anlar yaşanıb. Müxtəlif qəbilələrdən olanlar öz bacarıqlarını nümayiş etdriblər. Mərasimə 3 gün dəvə belində yol gələrək qatılan tuareqlər baş naziri hədiyyəsiz qoymayaraq, ona 7 yaşlı dəvə bağışlayıblar.

Ərdoğan dəvə ilə bağlı məlumat alaraq, onun necə bəsləndiyini xəbər alıb. Dəvənin 30 il yaşadığını öyrənən baş nazir onun Türkiyəyə yola salınması barədə göstəriş verib.

Bundan əlavə, Nigerin prezidenti Məhəmməd Yusif də Türkiyənin baş nazirinə öz hədiyyəsini verməyi unutmayıb. O, Ərdoğana at bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə