Körpəyə acı bibər yedirdərək öldürüb ŞOK

Körpəyə acı bibər yedirdərək öldürüb ŞOK

ABŞ-ın Kaliforniya ştatında qadın sevgilisinin 2 yaşlı qızını acı bibər yedirərək öldürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, Apple Valleydə yaşayan 21 yaşındakı Amanda Soruşansansa 2 yaşlı qızı cəzalandırmaq məqsədilə acı bibər yedirdib. Balacanın öləcəyini görən Amanda qonşulara xəbər verib. Dərhal qonşular polisə xəbər verərək uşağı xəstəxanaya aparıblar. Lakin, həkimlər adı açıqlanmayan uşağın xəstəxanaya çatdırılan zaman öldüyünü deyib.

Polis 2 yaşlı körpənin ölüm səbəbini ekspertiza aparıldıqdan sonra açıqlayacağını deyib: "Əgər uşağa acı bibər verilibsə, o nəfəs almaqda çətinlik çəkdiyi üçün ölmüş ola bilər".

Qeyd edək ki, acı bibərin tərkibindəki kapsaicin maddəsi insan və digər canlılarda yanma təsiri yaradır və daxili orqanlara ziyan verir. Çox istehlak edildikdə isə ölümcül ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə