Fransanın büdcə naziri haqqında vergidən yayınma ittihamıyla ilkin istintaq başladılıb. SİA-nın "Mediapart" adlı internet saytına istinadən verdiyi xəbərə görə, nazir Jerom Kayuzakın İsveçrənin UBS bankındakı pullarını bu bankın bağlandığı 2010-cu ildən sonra Sinqapura köçürdüyünü iddia edib. Paris prokurorluğu da nazirin İsveçrə bankında hesabı olub-olmadığına dair ilkin istintaq başladıb. Nazir iddiaları rədd edib və haqqında söhbət gedən şəxsin özü olmadığını söyləyib.
Ölkədəki skandalları ortaya çıxarmasıyla tanınan "Mediapart" isə nazirin İsveçrə bankında Fransada bəyan etmədiyi bir hesabının olduğunu yazıb: "Bu hadisələrin arxada qalan tərəfinin təcili araşdırılması çox vacib idi. Bu, çox yaxşı bir addımdır. Məhkəmənin işə qarışmasından məmnunuq. İstintaqın hökumətin nəzarəti altında olmadan aparılması mühümdür".
Prezident Fransua Ollandın ofisindən verilən açıqlamada isə Kayuzaka dəstək verilib və istintaq nəticəsində ədalətin yerini tapacağına ümid ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB