23 yaşlı gənc bir qızın 6 adamın təcavüzünə məruz qalması və daha sonra həyatını itirməsi ilə bağlı Hindistanda müzakirələr davam edir. SİA-nın verdiyi xəbərə görə, ölkənin tanınmış din xadimi Guru Asaram Baptunun sözləri müzakirəni daha da alovlandırıb.
"Bütün cinayətlərdə günah həm qatildə, həm də zərərçəkəndədir" -deyən Baptu, hətta baş verən hadisədə gənc qızın daha çox günahkar olduğunu bildirib: "Bu gənc qız Tanrıların adını təkrarlamalı idi. Təcavüzkarlar sərxoş olublar. Əgər qız Sarasvati və Guru Dikşaya tanrılarının adlarını təkrarlasaydı bu hadisə baş verməzdi".
Digər hindlilərin qəzəbinə tuş gələn "din xadimi" deyib ki, əgər qız "şirin dilli" olsaydı təcavüzkarları razı sala bilərdi: "Təcavüzkarların birinin əlini tutaraq belə deməli idi: "Səni qardaşım olaraq görürəm. Sizlər eyni zamanda din qardaşımsınız, Qardaşlarım, mən çarəsizəm". Əgər, gənc qız belə davransaydı, bu pis hadisə meydana gəlməzdi".
Hazırda Baptu hind cəmiyyətində "ağılsız din xadimi" kimi tanınmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB