Amerikalı aktyor Bred Pitt maraqlı addım atıb. SİA-nın məlumatına görə, B. Pitt Çinin "twitter"i kimi qəbul edilən "Weibo" sosial şəbəkəsinə yalnız "salam" kəlməsini yazıb və məşhur kino ulduzunun maraqlı ilk mesajına minlərcə şərh gəlib. Onun sosial şəbəkədəki səhifəsində yazdığı "Həqiqət budur, gəlirəm" mesajı 31 min dəfə digər səhifələrdə paylaşılıb və bir çoxunun da təəccübləndiyini ifadə edən 14 mindən artıq şərh yazılıb.
Bununla yanaşı, bəziləri aktyorun bu addımını belə qiymətləndirib: "Pitt 1997-ci ildə çəkildiyi "Seven Years in Tibet" filmindəki obrazının çinlilər tərəfindən pislənməsi və bu səbəbdən də ölkəyə girişinin qadağan edilməsinin aradan qaldırılmasını istədiyi üçün belə addım atıb".
Qeyd edək ki, məşhur aktyoru "Weibo"da hələ indidən 100 min heyranının onu izlədiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB