Depardye Rusiyada nazir ola bilər

Depardye Rusiyada nazir ola bilər

Bu barədə bazar günü Mordoviya hökumətinin təmsilçisi bildirib

Mordoviyanın başçısı bildirib ki, şənbə günü Rusiya vəğtəndaşlığı almış fransız aktyoru Jerar Depardye respublikada hazırda boş olan mədəniyyət naziri vəzifəsini tuta bilər. "RİA" Novosti-nin xəbərinə görə, bu barədə bazar günü Mordoviya hökumətinin təmsilçisi bildirib.

"Əgər cənab Depardyenin belə bir arzusu varsa, ona bu vəzifə təklif edilə bilər", - deyə agentliyin müsahibi Mordoviya başçısı Vladimir Volkovun sözlərini söyləyib.

Depardye Volkova təklifinə görə təşəkkür edib. Həmçinin o deyib ki, bu qərarı yalnız Mordoviyanın zəngin məişəti və mədəniyyəti ilə tanış olduqdan sonra qəbul edə bilər.

Həmçinin Mordoviya hakimiyyəti Depardyeyə təklif edib ki, respublikaya yerləşsin və özü ev, ya da mənzil seçsin. "O, meqapolis həyatının aşiqi deyil və sakit rahat yerdə özünə məkan seçə bilər", - deyə hökumət təmsilçisi vurğulayıb. O bildirib ki, Depardye artıq bazar günü respublikanı tərk edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə