Yaponiya - Çin müharibəsi başlaya bilər

Çin təyyarəsi Yaponiyaya məxsus adaya yaxınlaşıb
Yaponiya - Çin müharibəsi başlaya bilər

Yaponiya və Çin arasında Senkaku adasına görə yenidən mübahisə yaranıb. Rusiya mətbuatınIn verdiyi məlumata görə, Yaponiya hərbi hava qüvvələrinə məxsus qırıcılar Çinə məxsus təyyarənin Senkaku adasının üzərinə yaxınlaşmasına cavab olaraq havaya qalxıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Çinə məxsus Y12 təyyarəsi Yaponiya radarlarında adadan 120 km şimalda günorta saatlarında görünüb. Müdafiə Nazirliyinin mətbuat xidməti həmçinin onu da bildirir ki, Çin təyyarəsi geri dönüb və adaların hava sərhədini pozmayıb.

Xatırladaq ki, Yaponiya və Çin arasında bu ilk hadisə deyil. Keçən ilin dekabrın 13-də Çinin mübahisəli adalar üzərində hava sərhəddini pozması Yaponiya tərəfindən ciddi reaksiyaya səbəb olmuşdu. Yaponiya özünümüdafiə qüvvələri 8 F-15 qırıcısını cavab olaraq havaya qaldırmışdı.

Qeyd edək ki, Yaponiya və Çin arasında ərazi mübahisəsi Yaponiyanın 5 arxipelaqdan 3-nün işğal etməsi ilə başlayıb. Yaponiya iddia edir ki, 1895-ci ildən bu adaları idarə edir, amma Çin isə artıq 1783 və 1785-ci illərdən Yapon xəritələrində həmin adaların Çin ərazisi kimi təqdim olunduğunu bildirir. İkinci Dünya müharibəsindən sonra həmin adalar ABŞ hökumətinin tərkibinə keçib və 1972-ci ildən Yaponiyaya verilib. Yaponiya Çin və Tayvanın 1970-ci ildən orada faydalı qazıntıların tapılmasından sonra iddia etməyə başladığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə