Meksikada nəhəng piroq hazırlandı FOTO

Piroqun uzunluğu 1,9 km-dir
Meksikada nəhəng piroq hazırlandı FOTO

Meksikada şirniyyat ustaları nəhəng piroq bişiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kral-Maqlar Günü münasibətilə bişirilən piroqun uzunluğu 1,9 km, ağırlığı isə 9,4 ton təşkil edib.

Bu piroqun dadına baxmaq istəyən on minlərlə Mexiko sakini nəgəng şirniyyatın qoyulduğu mərkəzi Sokalo meydanına toplaşıblar. Nəhəng piroqun ilk dilimi Mexiko meri Miqel Anxel Marseraya çatıb. 1 saat yarıma piroqun hamısı yeyilib. Təşkilatçıların hesablamalarına görə, nəhəng piroqun dadına 200 minə yaxın adam baxa bilib.

Piroqun hazırlanmasında 2200 adam iştirak edib. Piroqun dəyəri 1,1 milyon peso, və ya 91 min dollar qiymətləndirilib.

Qeyd edək ki, "Roska de Reyes", yəni "Üç Kral Çörəyi" adlandırılan piroq Meksikada artıq 14 ildir ki, ənənəvi olaraq hər il bişirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə