Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının sabiq rəisi İsmayıl Hakkı Karadayı sərbəst buraxılıb. SİA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, sabiq rəis dünən İstanbulda saxlanılmışdı.
Qeyd edək ki, Karadayı Türkiyə SQ Baş Qərargahının sayca 22-ci rəisi olub. "TRT Turk" telekanalının yaydığı məlumata görə, Karadayı 1997-ci il fevralın 28-də hərbi çevrilişdə təqsirləndirilərək həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB