İsrailin apardığı siyasət öz diplomatlarını da narahat edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə. bu narahatlıq son səfirlər konfransında ortaya çıxıb. İsrailin yeni yaşayış məskənləri salma qərarının vaxtıyla bağlı suallar Milli Təhlükəsizlik Şurasının sədri Yaakov Amidroru hövsələdən çıxarıb. Səfirlər toplantıda İsrailin yaşayış məskənləri ilə bağlı siyasətini dünyaya izah edə bilmədiklərini qeyd ediblər. Qonaq qismində məruzə edən Amidrora ilk sualı İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosor verib. Digər səfirlər də eyni mövzuda suallar ünvanlayıblar. Yaakov Amidror isə səfirlərin dövlət siyasətini tənqid edə bilməyəcklərini söyləyib. Milli Təhlükəsizlik Şurasının sədri "Fələstinlilər birtərəfli qaydada atdıqları addımların cavabı olacağını öyrənməlidirlər" deyib.
Amidror daha sonra isə səfirləri təhdid edib: "Siz dövlətin təmsilçilərisiniz. Əgər siyasətmizdə bir problem olduğunu düşünürsünüzsə, ya siyasətə girin, ya da istefa verin".
Gizli toplantıdakı bu polemikaların mətbuata sızması isə yaxınlaşan seçki ərəfəsində Netanyahu hökuməti üçün problem yarada bilər. Çünki bu polemikalar İsrailin Fələstin siyasətinin öz diplomatları tərəfindən də qəbul edilmədiyini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB