Dövlət katibinin səhhətinin yaxşılaşdığı bildirilib
ABŞ dövlət katibi Hillari Klinton xəstəxanadan evə buraxılıb. SİA-nın verdiyi xəbərə görə, Klintonun sözçüsü Filip Reyns beynindəki qan laxtalanması səbəbilə keçən həftənin sonunda Nyu-Yorkda xəstəxanaya yerləşdirilən Klintonun dünən axşam saatlarında evə buraxıldığını deyib. Sözçü həkimlərin Klintonun səhhətinin hər cəhətdən yaxşılaşdığını və tamamilə yaxşılaşacağını söylədiklərini bildirib.
Klintonun yenidən vəzifəsinin başına qayıtmağı arzu etdiyini deyən sözçü dövlət katibinin proqramına dair son məlumatları yaxın günlərlə mətbuatla bölüşəcəklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB