Apple şirkəti soyuldu!

Apple şirkətinin Parisdəki şöbəsi yeni il ərəfəsində silahlı şəxslər tərəfindən soyulub. Fransız polisi oğruların təxminən 1,5 milyon dollar dəyərində mal apardıqları haqda məlumat yayıb. Verilən məlumata görə, oğrular Apple şirkətinin əməkdaşlar üçün çıxışından işçilərdən biri binanı tərk edərkən zorla giriblər.

İngiltərənin "Telegraph" qəzetinin verdiyi məlumata görə, maskalı soyğunçular iki nəfər olub, lakin digər qəzetlər oğruların 4-5 nəfər olduqlarını qeyd ediblər.

Apple Storeyə daxil olduqdan sonra oğrular nümayiş üçün vitrinə qoyulan məhsulları götürməyiblər. Lakin qutularda olan bütün məhsulları yük maşınına yüklədikdən sonra binanı tərk ediblər. 40 dəqiqə davam edən soyğunda təxminən 132 milyon dollarlıq texnika oğurlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə