İraqın şimalında terror təşkilatının düşərgələrini hədəfə alan əməliyyat keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik qüvvələri terrorçuların Türkiyə sərhədi yaxınlığındakı Kanireş düşərgəsində toplandığına və qışı orada keçirəcəklərinə dair kəşfiyyat məlumatından sonra əməliyyatı həyata keçiriblər.
Düşərgədə 68 terrorçunun olduğu, onların yaz aylarında yenidən Kavaklı və Çukurcaya qayıdacaqları haqda da məlumat əldə edilib. Əməliyyat dekabrın 22-də başlayıb. Qırıcılar Kanireş düşərgəsini bombalayıb. Bombardmandan sonra bölgə 10 saat pilotsuz hava cihazları ilə müşahidə altında saxlanılıb. Sonra isə jandarm xüsusi təyinatlıları düşərgəyə girib. Əməliyyatda 46 terrorçu zərərsizləşdirilib.
Terrorçular yaralıları da düşərgədə qoyub qaçıblar. Yaralı terrorçular vertolyotla Türkiyəyə gətirilib. Sağ qalan bir neçə terrorçu isə bölgəyə dağılıb. Təhlükəsizlik qüvvələri düşərgə ərazisindəki 5 sığınacağı da dağıdıblar. Sığınacaqlarda çox sayda silah-sursat ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB