Yerevandakı vətəndaşlıq aktlarının qeydiyyatı idarəsi Ermənistanda boşanma hallarının ildən ilə artığını bildirib. İdarənin məlumatına görə, 2010-cu ildə 17 min 998 cütlük ailə həyatı qurub, 2 min 997 boşanma halı qeydə alınıb. 2011-ci ildə isə 19 min 706 cütlüyü evlənmiş və 3 min 181 boşanma hadisəsi baş verib. Ötən ilin ilk rübü ərzində ölkədə 900 boşanma hadisəsi qeydə alınıb.
İdarə rəsmisi Ermənistanda boşanma hallarının ildən ilə artmasına müxtəlif amillərin təsir göstərdiyini bəyan edib. Onun fikrincə korrupsiyanın tüğyan etdiyi və məmur özbaşınalığının baş alıb getdiyi ölkənin iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ölkədə boşanma hadisəsinin getdikcə artmasına səbəb olan əsas amillərdən biridir.
Digər tərəfdən işsizlik halı da boşanma hadisəsinin artımasında xüsusi rol oynayır. Ailə başçısı iş tapa bilmədiyindən ərlə arvad arasında yaranan söz-söhbətin sonu çox vaxt boşanma ilə nəticələnir. Başqa bir amil isə ailəsini dolandırmaq məqsədi ilə başqa ölkələrə, xüsusilə, Rusiyaya üz tutan erməni kişilərinin başqa qadınlarla ailə qurmaları da boşanma hallarına təsir göstərir. Gənc ailələr arasında boşanma hallarının getdikcə artması ölkənin əsl faciəsidir. Əgər hadisələr bu şəkildə davam edərsə, Ermənistanda demoqrafik göstəriciyə ciddi mənfi təsir göstərə bilər.
Əsgər Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB