Yaponiyanın əhalisi 2012-ci ildə 212 min nəfər azalıb. SİA-nın verdiyi xəbərə görə, Yaponiya Səhiyyə Nazirliyi 2012-cidə il 1 milyon 33 min körpənin dünyaya gəldiyini və 1 milyon 245 min nəfərin isə həyatını itirdiyini açıqlayıb. Nazirlik doğum və ölüm sayını nəzərə alaraq əhalinin 212 min nəfər azaldığını vurğulayıb.
Qeyd edək ki, 2011-ci ildə baş verən sunami fəlakətində 19 min yaponun öldüyü, il ərzində isə cəmi 200 insanın həyatını itirdiyi bildirilmişdi. 2012-ci ildə də mənfi nəticənin əldə olunduğunu deyən yaponlar ölkə üçün olduqca fövqəladə vəziyyətin yarandığını ifadə ediblər.
Xatırladaq ki, 126 milyonluq əhalisinin 20%-i 65 yaşı ötən Yaponiya dünyanın ən uzun ömürlü əhalisinə sahib olan ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB