Şəriət qanunlarının hökm sürdüyü, qadın-kişi bərabərliyi mövzusunda böyük çətinliklər yaşanan qonşumuz İranda, çöldən görülənin əksinə olaraq təhsilli, müasir, xarici dünyanı yaxından izləyən böyük bir kütlə, xüsusilə də qadınlar, inqilabın qurbanları olmadıqlarını, belə görünməyi də qəbul etmədiklərini isbat etmək istəyərcəsinə böyük mübarizə aparır.
İslam inqilabının ardından, rəhbərliklərin dini təzyiqiylə əzilən İran qadınları, hər yöndən özlərini inkişaf etdirməyə davam edərək, qərb tərzi müasir bir həyatı davam etdirməyə çalışırlar. Bu fikirlər Türkiyənin DHA agentliyinin müxbiri Aynur Tattersallın "Bir başqa İran" adlı yazısından oxumaq olar. Aynur xanım İrandan gətirdiyi xəbəri fotoşəkillərlə də zənginləşdirib.
İrana gedərkən çamadana nə qoymalı?
İrana getmək düşüncəsi belə insana qorxu verir, hətta yeni bir ölkə görəcək olmanın düşüncəsi insanı bir daha həyəcanlandırmır. Başımda cavablandırılması lazım olan bir çox sual varkən ən əhəmiyyətli sıraya "İrana gedərkən çamadanıma nə qoymalıyam" sualı gəlir. Belə hər səyahət əvvəli etdiyim kimi qardirobumu açıb bir çırpıda ən sevdiyim, içində xoş göründüyümü düşündüyüm geyimlərimi bir kənara qoymam lazım olduğunu fərq edirəm. Həqiqətən yeni bir qardiroba ehtiyacım olduğunu düşünürəm. Amma yenə də başım qarışdığı üçün saçlarımı örtə biləcəyəm, bədənimin heç bir yerini açıq buraxmayacaq dikri ilə uzun paltarlarımdan bir neçəsini götürürəm. Təbii, başım çox qarışıq idi, nə ilə qarşılaşacağmı bilmirdim...
"Gerçəkləri görə biləcəyimi, şahid ola biləcəyimi yaşamaq və görmək gözəldir" deyə düşünürəm. Paytaxt Tahrana getmək üçün təyyarəyə mindiyimdə gözəl geyimli sanki professional bir makiyaj ustası tərəfindən boyanmış iranlı qadınları gördüyümdə bir az çaşmışdım.
Səfər müddətində hər şey normal görünürdü. Ancaq Tahrana çatdığımızda təyyarədə birdən bir hərəkətlənmə oldu və o gözəl geyimli həmin qadınlar çantalarından türban və çarşaplarını çıxararaq bir-bir taxdılar.
Evdə bir, bayırda bir iranlı qadınlar
Tahranda qanunlar elə olduğu üçün başımı örtdüyümdə, inancı olduğu və istədiyi üçün örtünən qadınların məcburən çarşablarını çıxarmaları istəndiyində nə hiss etdiklərini anladım. Məncə, ikisi də eyni şey və qəbul edilməsi çox çətin...
Ancaq yaşadıqca gördüm ki, işin əsli qarşıdan göründüyündən çox fərqlidir. İranlı qadınlar özlərini qərbli bir qadından əskik görmür. Çoxunun evlərində bağlı qapılar adında yaşadığı həyat çöldən görülən İran şəxsiyyətinə heç uymur.
Tahranda yaşayan qadınlar, türbanların altında belə gözəllikləri, cilvələri və istifadə etdikləri ətirlərlə kişilərin ürəklərini riqqətə gətirirlər. Günah olduğunu bilərək, həbsə atılmaq bahasına belə olsa müqavimətlərini davam etdirirlər.
Şərabın əh yaxşısını içirlər
Qadağan da olsa, cəza ödəməyi gözə alan, qapısı açılınca musiqi səsləri yüksələn rəstoranlarda gecə həyatı qərbli şəhərləri xatırladır. Hər biri modanı izlədiyi müəyyən olan qəşəng geyimli qadınlar musiqinin tempinə uyğunlaşaraq gecə yarısına qədər əylənirlər. Axşam olub özlərini evə atanlar evlərinin qapılarını bağladılarmı axşam yeməyində qaçaqçılardan gizlicə aldıqları Fransız şərabının ən yaxşısını içirlər.
Çöldə məcburən çarşab örtən qadınlar içəridə pomada sürtür, makiyaj edir, gizlicə amma heç bir şeydən geri qalmayan bir həyat tərzi sürür. Təhsilli İranlılar bütün qadağanlara baxmayaraq bu məsələdə kimsəyə güzəştə getmək firkrində olmadıqlarını nümayiş etdirirlər. Evlərdə bir araya gələn dost-yoldaş söhbətlərində çarşaflar çıxınca dikdaban ayaqqabıları, modaya uyğun geyimləriylə qadınlar göz qamaşdırır.
Yoldan keçən, çoxu gənc qız parlaq pomadaları və diqqətlə edilmiş makiyajları ilə bir neçə metr kənardan fərq edilir. Daxilən necə atəşli olduqlarını isbat etmək lazım deyil, bədənlərinin açıqda qalan yeganə yeri olan üzlərinə etdikləri makiyajıyla sanki içlərindəki üsyanı ifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB