Klintonun vəziyyəti ağırdır

ABŞ Dövlət katibi Hillari Klinton haqqında xəbərlər yayılıb. Agentliklər dövlət katibinin sağalmaq xəstəliyə tutulduğu barədə məlumat verməklə yanaşı, hətta onun artıq xəstəxanaya yerləşdirildiyini yazıblar. "Doğan" agentliyinin (DHA) məlumatına görə, ABŞ XİN rəhbərində tromb aşkarlanıb. Nyu York "Presbyrterian" xəstəxanasına çatdırılan Klintonun 48 saat həkim nəzarətində qalacağı bildirilib.

Xatırladaq ki, xanım Klinton dekabrın 15-də susuzluq səbəbindən evində huşunu itirərək yıxılmış və onun beyninin silkələndiyi açıqlanmışdı. ABŞ Dövlət departamentinin rəsmisi isə Klintonun mədə virusundan əziyyət çəkdiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə