“Həmas” komandiri öldürüldü

“Həmas” komandiri öldürüldü

"Həmas" hərbi cinahı "İzzəddin əl Qəssam" briqadasının komandirlərindən Məhəmməd Kuneyta Suriyada öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kuneyta İdlib şəhəri yaxınlığında Suriya ordusu ilə meydana gələn atışmada ölüb. "Həmas" təşkilatı və "İzzəddin əl Qəssam" briqadası bu barədə rəsmi açıqlama verməyib. Kuneytanın öldürüldüyü isə fəaliyyət göstərdiyi "əş Şati" düşərgəsindəki məsciddə elan edilib.

Yerli Qəzza mənbələri isə Məhəmməd Kuneytanın "İzzəddin əl Qəssam" briqadasının xüsusi birliyinin mənsubu olduğunu, 4 ay əvvəl Azad Suriya ordusu sıralarına keçdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə