Saakaşvili: “O, sözü deməmişdən əvvəl düşünməlidir ki, nə daşınır”
Prezident baş nazirə irad tutub

Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin Su Elektrik Stansiyasının tikintisinin dayandırılması ilə bağlı verdiyi bəyanatdan təəccüblənib. "Bu bəyanatlar ona yönəlib ki, Gürcüstanın iqtisadi inkişafını sarsıtsın, ölkənin enerji təhlükəsizliyini təhlükə altına atsın və onu yenidən Rusiyadan asılı vəziyyətə salsın", - deyə ölkə başçısı bildirib.

Saakaşvili İvanişvilinin yaxın 3 il ərzində ölkədə iqtisadi inkişafın olmayacağını və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı verdiyi bəyanatlara da toxunub: "Bütün bunlar bizim iqtisadiyyatımıza ciddi zərbə vurur. Çünki belə bəyanatlardan sonra iş adamları öz pullarını riskə atmaq istəmir. Bu da baş nazir və onun komandasına olan inamsızlığı daha da gücləndirir".

Saakaşvili qeyd edib ki, İvanişvili bəyanat verir və sonradan onu təkzib edir: "Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı verdiyi bəyanatı sonradan təkzib edib. O, öz sözlərini sonradan geri götürdü. Ancaq o, sözü deməmişdən əvvəl düşünməlidir ki, bir ölkənin lideri nə daşınır".

Bütün xəbərlər Facebook səhifəmizdə