ABŞ-ın keçmiş prezidenti Corc Gerbert Buşun səhhəti pisləşib. SİA-nın verdiyi xəbərə görə, Hyuston şəhərinin klinikasında müalicə alan Buş klinikanın intensiv terapiya bölməsinə köçürülüb.
"Corc Buşun şüuru özündədir. Onun həyat yoldaşı Barbara Buş və oğlu, ABŞ-ın keçmiş prezidenti Corc Buş və başqa qohumları daim yanındadır"- deyə ailənin mətbuat-katibi Cim Makqrat açıqlamasında bildirib.
Həkimlər qeyd ediblər ki, keçmiş prezidentin yüksək dərəcədə istiliyi var və bunu qarşısının alınmasında acizdirlər. Hələ də bu istiliyin səbəbinin bilinmədiyini vurğulayan həkimlər ata Buşun xəstəliyini müalicə edə bilmədiklərini də deyiblər.
Məlumat üçün bildirək ki, 88 yaşlı Corc Buş 2012-ci il noyabrın 30-da ilkin pnevmoniya diaqnozu ilə Hyuston şəhərinin Metodist klinikasına yerləşdirilib. Amma sonra analizlər onda bu xəstəliyin olmadığını müəyyən edib.
Qeyd edək ki, Buş 75, 80 və 85 yaşını paraşütlə tullanaraq qeyd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB