Baş nazirin otağından daha 3 dinləmə qurğusu tapıldı
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın evindəki iş otağından daha 3 dinləmə qurğusu tapılıb. Bu barədə ictimaiyyətə "Hürriyet" qəzeti məlumat yayıb. Qəzetin məlumatına əsasən, Türkiyə MİT-i (Milli İstihparat Təşkilatı) ötən gün tapılan dinləmə qurğusundan sonra daha üçünü baş nazirin evində aşkar edib.
Qeyd edək ki, baş nazir Ərdoğanın evinin altındakı ofisində aşkar edilən dinləmə qurğuları müxtəlif istiqamətlərə yerləşdirilib. Hadisənin soyuqqanlı həll edilməsi barədə göstəriş verən baş nazir isə mətbuata rəsmi açıqlama verməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB