Dünyanı təhlükə gözləyir!

ABŞ-da aparılan araşdırmalarda Antarktikanın qərbində buzlaqların ərimə sürətinin fikirdə tutulan rəqəmdən iki qat artıq olduğu ortaya çıxıb. SİA xəbər verir ki, Milli Atmosfer Araşdırma Mərkəzinin keçirdiyi yeni araşdırma qərbi Antarktikanın son yarım əsrdə temperaturunun 2,4 dərəcə artdığı bildirilib. Antarktikanın 26 milyon kvadrat kilometr sahəsini örtən, ən soyuq bölgəsi olan qərbində baş verən istilik mübadiləsi elm dünyasında geniş əks-səda yaradıb. ABŞ-da nəşr olunan "Nature Geoscience" jurnalında bazar günü verilən hesabata görə, okeanlardan gələn isti su dalğaları bölgədəki istilik tarazlığını təhdid edən yeni bir ünsür halına gəlməyə başlayıb.

Araşdırmada iştirak edən ABŞ-ın Ohio Universitetindəki mütəxəssislər bölgədəki buzlaqların dünyadakı su səviyyəsini 3,3 metr qaldıra biləcəyini diqqətə çatdırıblar. Son əsrdə dəniz səviyyələrinin 20 santimetr yüksəldiyi qeydə alınıb.

Məlumat üçün bildirək ki, Avstraliyanın Qərb Balıqçılıq Təşkilatı tərəfindən verilən açıqlamada qeyd edilib ki, keçən ilin yayında Hind Okeanında suların temperaturunun 5 dərəcə artması köpəkbalıqlarının sahillərə hücumuna səbəb olub. Yayda 5 nəfər bu hücumlarda həyatını itirib.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə