Eks prezident xəstəxanadan çıxa bilmədi

Eks prezident xəstəxanadan çıxa bilmədi

ABŞ-ın keçmiş prezident Corc Buş Yeni ili xəstəxanada keçirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlər keçmiş prezidentin xəstəxanadan çıxmasına icazə verməyiblər. Bronxit diaqnozu ilə müalicəsi davam edən ata Buşun daha bir neçə gün xəstəxanada qalmalı olduğu bildirilib. Buşun sözçüsü Cin Makqrat həkimlərin 88 yaşlı keçmiş prezidentin səhhəti ilə bağlı nikbin, ancaq ehtiyyatlı olduqlarını deyib.

Xatırladaq ki, ABŞ-ın 41-ci prezidenti noyabrın 23-dən xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə