BMT Myanma müsəlmanları ilə bağlı qətnamə qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,Qətnamədə Myanma hökumətindən Rohonqya müsəlmanlarının bütün insani haqlarının qorunması tələb edilib. Sənəddə Myanmada qət edilən yoldan məmnunluq duyulduğu, ancaq Arakan əyalətindəki müsəlmanlarla buddistlər arasındakı dini toqquşmalardan ciddi narahatlıq keçirildiyi bildirilib. BMT Myanma hökumətini Arakanda yaşayan müsəlman azlığın vəziyyətinin yaxşılaşdırılması üçün hərəkətə keçməyə çağırıb. Myanma hökumətinin siyasi islahatlar, demokratikləşmə, milli uzlaşma və insan haqları sahəsində ciddi təşəbbüslərinin diqqətə alındığı bildirilən qətnamədə insan haqları və fundamental azadlıqları ilə bağlı hələ də davam edən problemlərdən narahatlıq ifadə edilib. Hökumətdən siyasi məhbusların azadlığa buraxılması prosesinin davam etdirilməsi, həbsxanalarda qalanların şəxsiyyətinin müəyyənləşdirilməsi və cinayət törədən rəsmilərin hüquqi toxunulmazlıqlarının ləğvi üçün lazımi tədbirlərin görülməsi tələb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB