İkinci görüşdə nəticəsiz qalıb

İkinci görüşdə nəticəsiz qalıb

BMT-nin Suriya üzrə təmsilçisi Ləhdar İbrahimi dünən Suriya prezidenti Bəşər Əsədlə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüş uğursuz keçib: "Prezident B.Əsədlə gələcəkdə atılacaq addımlar ətrafında müzakirələr apardıq. Əsəd baş verənləri öz mövqeyindən izah etdi. Mən də Suriyadan kənarda keçirdiyim görüşlərdən bəhs etdim. Suriya xalqını bu vəziyyətdən çıxarmaq üçün lazımı addımları bildirdim. Qeyd edim ki, Suriyadakı vəziyyət hələ də narahatlıq doğurur".

Bütün xəbərlər Facebook səhifəmizdə