Türkiyənin Hatay vilayətinin Ceylanpınar rayonunda suriyalı qaçqınların düşərgəsində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın Telhamut çadır düşərgəsində 6 nəfərin qaldığı çadırda baş verib. Hadisəyə səbəb çadırda elektrik naqilinin qısa qapanması olub. Qısa müddətdə böyüyən yanğın nəticəsində çadır istifadəyə yararsız hala düşüb. Yanğın nəticəsində 5 nəfər yanaraq xəsarət alıb. Çadırda baş vermiş yanğın düşərgədə yerləşdirilən yanğınsöndürmə briqadası tərəfindən söndürülüb.
Qeyd edək ki, Suriyadakı müharbədən əziyyət çəkərək Türkiyədə məskunlaşan suriyalıların sayı 105 min nəfər çatıb. Tükiyə ilə yanaşı, suriyalı qaçqınlar qonşu ərəb ölkələrində - Livanda, İraqda və İordaniya ərazisində də məskunlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB