Kopaue yenə fəallaşdı

Çilidə qonşu Argentina ilə sərhəddə yerləşən Kopaue vulkanı yenidən fəallaşıb. SİA-nın məlumatına görə, ötən gün vulkanın 1.5 kilometr hündürlüyündə kül və qaz püskürməsi müşahidə olunub. Çili rəsmiləri vulkanın lava püskürəcəyi ilə bağlı yaxınlıqda yerləşən Alto Biobio rayonun əhalisinə qırmızı siqnal xəbərdarlığı edib.

Həmçinin, hava limanlarına da vəziyyətlə bağlı xəbərdarlıq edilib və təyyarələrin fərqli istiqamətlərdə uçuşlar etməsi üçün göstərişlər verilib. Hazırda hökumət yaxınlıqda yerləşən əhalinin təxliyə edilməsi ilə bağlı hazırlıqlara başlayıb.

Xatırladaq ki, Kopaue vulkanı ötən il də püskürmüş və minlərlə insanın bölgədən təhliyə edilməsinə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə