Türkiyədə tarixi bina yanıb

Bu gün səhər saatlarından başlayaraq Türkiyə Təhsil Nazirliyinin İstanbul şöbəsinin binasında güclü yanğın başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın artıq qonşu binalara da keçib. Yanğının söndürülməsi üçün cəhdlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə