"Müharibə olsa, müttəfiqimizə kömək üçün müraciət edəcəyik"
"Qarabağda hərbi əməliyyatların başlanacağı təqdirdə dövlətlərarası müqavilələrə uyğun olaraq biz Ermənistanın hərbi-siyasi müttəfiqlərinə kömək üçün müraciət edəcəyik".Bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya 24" telekanalına müsahibəsi zamanı deyib.
"İnanmıram ki, Ermənistan əhalisinin hər hansı bir faizi, yaxud dünya erməniləri Qarabağı hansısa təzyiq yolu ilə güzəştə gedəcək. Əslində biz bütün mümkün vasitələrlə Qarabağı müdafiə edəcəyik"-deyə Sarkisyan vurğulayıb.
O, bildirib ki, Ermənistan Qarabağ əhalisinin təhlükəsizliyi üçün qarantdır.
Sarkisyanın sözlərinə görə hərbi əməliyyatlar başlasa, Ermənistan Dağlıq Qarabağ əhalisinin müdafiəsinə çıxacaq. "Dağlıq Qarabağın Azərbaycanla heç bir bağlılığı ola bilməz".
Daha sonra "barıtı çox elədiyini" başa düşən Sarkisyan bildirib ki, bütün bunlara baxmayaraq, danışıqlar prosesinin alternativini görmür.
"Biz heç bir halda hərbi əməliyyatların başlanmasını istəmirik. Kazan danışıqlarının sənədləri stolun üstündədir. Ona görə mən ümid edirəm ki, hansısa qərara gələ bilərik. Biz bu qərara gəlməyə məcburuq. Çünki hərbi əməliyyatlar nə bizi, nə də Azərbaycanı qane edir".
"Mən hesab etmirəm ki, Azərbaycan xalqı müharibə istəyir. Biz heç bir xalqı öz düşmənimiz saymırıq"-deyə Sarkisyan sonda açıqlamasına kövrək notlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB